"ABŞ Vitse-prezidentinin səfəri əməkdaşlıq üçün mühüm zəmin yaradıb" - DEPUTAT


  • 11:40

"ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri bir sıra sahələrdə əməkdaşlıq üçün mühüm zəmin yaradıb".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında söyləyib.

O deyib ki, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, həmçinin Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda əməkdaşlıq üçün yeni perspektivlər açıb.

"Bununla da Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub", - deyə deputat qeyd edib.

O, həmçinin bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionda güclü dövlət kimi tanınır: "Xalqımızın milli birliyi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ölkəmizdə sosial-iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm zəmin yaradıb. 2025-ci ildə də bu islahatlar uğurla davam etdirilib. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri uğurla icra olunub. Bu istiqamət ölkəmizin prioritetidir. Yol-nəqliyyat infrastrukturu qurulur, əhalinin həmin torpaqlara təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı təmin olunur. Bu isə regionun dayanıqlı inkişafını şərtləndirir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər