Bələdiyyələrin statusunun genişləndirilməsi təklif olunur


  • 11:47

"Bələdiyyələrin statusunu genişləndirməliyik".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında söyləyib.

O bildirib ki, mərkəzləşdirilmiş qurumlar yerlərdə vətəndaşlara kifayət qədər diqqət ayırmaqda çətinlik çəkir.

Deputat hesab edir ki, bu baxımdan bələdiyyələrin inkişafı vacibdir.

"Həmçinin ölkəmizdə böyük şəhər bələdiyyələrinin yaradılması da nəzərdə tutula bilər. Məsələn, Sumqayıt şəhərində bələdiyyələrin sayı az olsa da, heç olmasa Bakı şəhərində bunu təmin edə bilərik", - deyə F.Mustafa qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər