"Bələdiyyələrin maddi-texniki bazası gücləndirilməlidir" - Vasif Qafarov


  • 11:54

"Bələdiyyələrin maddi-texniki bazası gücləndirilməlidir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında deyib.

Deputat bildirib ki, bələdiyyələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsinə ehtiyac var.

Onun sözlərinə görə, bələdiyyələr üçün dayanıqlı gəlir mənbələri formalaşdırılmalıdır.

"Dayanıqlı gəliri olmayan bələdiyyənin fəaliyyət qabiliyyəti olmur. Bu problem əsasən kənd bələdiyyələrinin normal fəaliyyətinə ciddi maneələr yaradır", - deyə deputat vurğulayıb.

V.Qafarov qeyd edib ki, mövcud problemlər hərtərəfli araşdırılmalı və onların həlli üçün kompleks tədbirlər həyata keçirilməlidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər