Kamran Bayramov: "Bələdiyyələrin maliyyə müstəqilliyi artırılmalıdır"


  • 11:58

"Bələdiyyələrin maliyyə müstəqilliyi artırılmalıdır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov parlamentin bugünkü plenar iclasında deyib.

Deputat bildirib ki, bu gün ölkədə daha güclü və vətəndaşlara daha keyfiyyətli xidmət göstərən bələdiyyələr formalaşıb.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən inzibati nəzarət tədbirləri yalnız nəzarət mexanizmi deyil, eyni zamanda mühüm hüquqi mexanizm rolunu oynayır.

K.Bayramov vurğulayıb ki, əsas məsələ bələdiyyələrin maliyyə müstəqilliyinin artırılmasıdır. O qeyd edib ki, ötən il bələdiyyələrin yerli büdcə gəlirləri 43 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 25,4 faiz artım deməkdir.

Deputat əlavə edib ki, bələdiyyə büdcələrinin əhəmiyyətli artımında Ədliyyə Nazirliyinin rolu xüsusi qeyd olunmalıdır" "Bələdiyyələrin birləşdirilməsi və yenidən formalaşdırılması onların resurslarının artmasına müsbət təsir göstərib".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər