Azər Badamov: "Vergi yığımı problemi bələdiyyələrin fəaliyyətinə mənfi təsir göstərir"


  • 12:03

"Bələdiyyələrin maliyyə dayanıqlığı əsasən vergidən asılıdır, lakin praktikada vergilərin yığılmasında problemlər mövcuddur".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin bugünkü plenar iclasında deyib.

"Adətən bildiriş göndərilir, buna görə proses çox passiv həyata keçirilir. Lakin vergiləri vaxtında ödəmək hər kəsin borcudur" - deyə o qeyd edib.

A.Badamov vurğulayıb ki, aşağı vergi yığımı bələdiyyələrin effektiv fəaliyyətinə imkan vermir. Bunun aradan qaldırılması üçün maarifləndirmə və ictimai hesabatlılıq önəmlidir.

"Vətəndaş bilməlidir ki, ödədiyi vergi hansı layihəyə xərclənir. Güclü maliyyə bazası olmayan bələdiyyə öz öhdəliklərini icra edə bilməz", - deputat əlavə edib.

O bildirib ki, inzibati nəzarəti gücləndirməklə yanaşı, vergi yığımı səmərəli mexanizmlərlə təmin edilməlidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər