Elman Nəsirov: "Elektron ödənişlər bələdiyyə vergi yığımını yaxşılaşdırıb"


  • 12:10

"Bələdiyyə vergi yığımı ilə bağlı müsbət dinamika müşahidə olunur"

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov parlamentin bugünkü plenar iclasında deyib.

Deputat bildirib ki, əvvəllər bələdiyyə vergi yığımı mümkün olmurdu, amma son dövrlərdə bu sahədə müsbət dinamika müşahidə olunmaqdadır: "Xüsusilə, elektron ödəniş sistemləri öz effektini göstərib".

E.Nəsirov qeyd edib ki, bələdiyyə iclasları keçirilir, lakin bu iclasların reallıqda baş verib-vermədiyi və ya sadəcə sənədləşdirildiyi məsələsi diqqətə alınmalıdır.

"Hesab edirəm ki, bu məsələyə ciddi yanaşılmalıdır", - deyə o əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər