"Azərbaycanda kononavirus (COVID-19) pandemiyasının nə qədər davam edəcəyini dəqiq müəyyən etmək mümükün deyil. Bu, insanların müəyyən edilmiş karantin qaydalarına nə dərəcədə riayət etməsindən asılıdır".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, sahibkarlar yeni davranış qaydalarını başa düşməli, tətbiq etməlidir: "Şəxsi gigiyena və "sosial məsafə"nin qorunması həlledici amildir. Sahibkarlara dəstəklə bağlı addımlar ona görə atıldı ki, iqtisadiyyat dayanıqlı olsun, onun rəqabət qabiliyyətliliyi və iş yerləri qorunub-saxlanılsın, məşğulluq aşağı düşməsin".
