Məzmuna keç

Prezident İlham Əliyev Serbiyada rəsmi səfərdədir –

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gəlib.

E-huquq.az xəbər verir ki, Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Serbiya Prezidenti Aleksandar Vuçiç qarşılayıb.