Bakıda estetik əməliyyat etdirən qadın öldü - YENİLƏNİB


  • 11:37

Şəxsin “MediHall Hospital'”da ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

"Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək", - məlumatda deyilir.

****

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.

E-huquq.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Qafqazinfo

Oxşar xəbərlər