- 19:02
"X"də problemlər səhər saatlarından başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Bildirilib ki, "X" sosial media platforması nəşrin problemlə bağlı sorğusuna cavab verməyib. "İstifadəçi şikayətlərinə naxmayaraq, platformada "bütün sistemlər işləkdir" yazılıb" , - məqalədə bildirilib.
Xatırladaq ki, oxşar nasazlıq yanvar ayında da yaşanıb və platformanın saibi İlon Mask bunu IP ünvanları Ukraynada olan istifadəçilərin kiberhücuma məruz qalması ilə əsaslandırıb.
Hazırda "X"in Azərbaycandakı istifadəçiləri problemin nisbətən aradan qalxdığını bildirib. Türkiyədə də platformaya giriş və paylaşımlar asanlaşıb, lakin dünyanın bəzi ərazilərində nasazlıq qalmaqdadır.
"Downdetector"un məlumatına görə, əsas giriş problemləri ABŞ-nin xəritədə qırmızı ilə qeyd olunan şəhərlərində qeydə alınıb:
***
18:45
Dünyanın populyar X sosial şəbəkəsinə girişdə problem yaranıb.
E-huquq.az xəbər verir ki, çoxsaylı istifadəçilər ana səhifənin və girişdən sonra lentin yenilənmədiyini bildirir.
Problem həm mobil tətbiqdə, həm də personal versiyalarda müşahidə olunduğu bildirilir.
İstifadəçilər yazıların yüklənmədiyini və "yeniləmə" funksiyasının işləmədiyini qeyd edirlər. Problemin qlobal və ya regional olub-olmadığı məlum deyil.
Platformadan rəsmi açıqlama verilməyib.