Şəhla Abbasovaya vəzifə verildi


  • 14:11

Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktoru vəzifəsinə təyin olunub və kollektivə təqdim edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri əmr imzalayıb.

Qeyd edək ki, Ş. Abbasova 2022-ci ildən son təyinatadək Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müdiri vəzifəsində çalışıb, yerli və beynəlxalq elmi jurnallarda və konfranslarda bir sıra məqalələrlə çıxış edib.

Xatırladaq ki, fevralın 3-ü Namiq Çərkəz oğlu Ağamaliyev “İnşaat Kolleci” Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilmişdi.

Oxşar xəbərlər