Metronun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yarandı


  • 14:45

Bakı metropoliteninin “Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.

Bu barədə e-huquq.az-a Metropolitendən məlumat verilib.

Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.

"Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub", - deyə qurumdan bildirilib.

Oxşar xəbərlər