- 08:47
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev təltif edilib.
E-huquq.az-ın məlumatına görə, o, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinin 2026-cı il 28 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” yubiley medalı ilə təltif olunub.
Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tərəfindən Hüquq fakültəsinin dekanına təbrik məktubu ünvanlanıb.

Qeyd edək ki, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı” Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 10 oktyabr 2025-ci il tarixli Qanunla təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinə verilib.
“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı” haqqında Əsasnaməyə görə, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.