- 20:01
"Rəqəmsallaşma qərarların icrasında ən mühüm və strateji alətlərdən biridir".
E-huquq.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində baş tutan "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə deyib.
O bildirib ki, icra sisteminin təkmilləşdirilməsi məqsədilə 2025-ci ildə qanunvericiliyə edilmiş dəyişikliklər bu sahədə proseslərin rəqəmsallaşmasında böyük əhəmiyyətə malikdir.
Nazir müavini qeyd edib ki, qanuunvericilikdəki edilmiş dəyişikliklərdən sonra icra sənədlərinin yalnız "Elektron icra" informasiya sistemi ilə icraata qəbul edilməsi müəyyən olunub: "Bugün artıq borclu fiziki şəxsin və borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız informasiya sistemi üzərindən həyata keçirilir".
T.Hüseynov deyib ki, İcra çərçivəsində keçirilən hərraclar yalnız elekton hərrac formasında təşkil edilir ki, bu da hərrac iştirakçılarının sayının çox olmasına, ölkə hüdudlarından kənarda olan şəxslərin bu prosesdə iştirakına və nəhayət, əmlakların ədalətli qiymətlərlə satışına kömək olur.
Nazir müavini vurğulayıb ki, bütün bu islahatlar cənab Prezidentin rəqəmsallaşma sahəsində verdiyi tapşırıqların icrası istiqamətində həyata keçirilib.
Şəbnəm Mehdizadə