"Xocalı insanlıq tarixində ən dəhşətli faciələrdən biridir" - DEPUTAT


  • 11:18

"Xocalı insanlıq tarixində ən dəhşətli faciələrdən biridir".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Asif Əsgərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, Xocalı xalqımıza qarşı törədilmiş məqsədli və sistemli soyqırımı aktıdır. Onun sözlərinə görə, bu hadisə təkcə hərbi cinayət deyil, eyni zamanda mülki əhaliyə qarşı törədilmiş ağır insanlıq cinayətidir.

"Xocalı soyqırımı Azərbaycan xalqının dözümlülüyünü və mübarizə əzmini nümayiş etdirdi. Azərbaycan xalqı bu faciə qarşısında sınmadı, əksinə, tarixi ədalətin bərpasına nail oldu. Xocalı faciəsini törədən şəxslər məhkəmə qarşısına çıxarılaraq məsuliyyətə cəlb olunublar", - deyə A.Əsgərov qeyd edib.

Deputat deyib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın prinsipial mövqeyi və ardıcıl fəaliyyəti nəticəsində mümkün olub: "Bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlər müxtəlif ölkələrdə tanınır və beynəlxalq səviyyədə müzakirə olunur".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər