Aydın Mirzəzadə: "Xocalı soyqırımı tariximizin ən qanlı səhifəsidir"


  • 11:22

"Xocalı soyqırımı tariximizin ən qanlı səhifəsidir".

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bugünkü plenar iclasında səsləndirib.

Deputat bildirib ki, bu faciə təsadüfi deyildi və məqsədli şəkildə törədilmişdi. Onun sözlərinə görə, Xocalı hadisələri Azərbaycan xalqını qorxutmaq, öz torpaqlarından çəkindirmək niyyəti daşıyırdı və bu, xalqımıza qarşı törədilən ilk soyqırımı aktı deyildi.

A.Mirzəzadə qeyd edib ki, həmin dövrdə dövlətin və güclü siyasi rəhbərliyin olmaması belə faciələrin baş verməsinə şərait yaratmışdı: "Buna baxmayaraq, Azərbaycan xalqı qorxmadı, verdiyi itkiləri tarixi yaddaşına həkk edərək mübarizəsini davam etdirdi".

Deputat vurğulayıb ki, Azərbaycan 8 Noyabr – Zəfər Günündə tarixi qələbə qazandı və bu gün ölkəmiz beynəlxalq arenada öz gücünü nümayiş etdirir. O əlavə edib ki, tariximizin ağır və faciəli səhifələrini unutmamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

A.Mirzəzadə qeyd ki, bu kimi faciələrin bir daha təkrarlanmaması üçün dövlətin gücləndirilməsi və milli birliyin qorunması vacibdir: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın daha da güclənməsinə və təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər