- 18:59
Azərbaycan və Ermənistan çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
E-huquq.az-a Azərbaycanın xarici işlər nazirliyindən verilən məlumata görə, müzakirələri iki ölkənin XİN başçılarının müavinləri Elnur Məmmədov və Robert Abisoğomonyan aparıblar.
Onlar fevralın 24-də Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.