Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin üçtərəfli görüşü keçirildi


  • 18:59

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli görüşü keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirin gedişatında üçtərəfli əlaqələrin inkişaf dinamikasından məmnunluq ifadə edilib.

Hər üç ölkədən olan komitə sədrləri və üzvləri ölkələrimiz arasında müxtəlif sahələrdə – enerji, tranzit, iqtisadi, turizm və digər məsələlərdə artan əməkdaşlıq səviyyəsi barədə danışıblar.

Azərbaycan, Türkiyə və Gürcüstan tandeminin təkcə region üçün yox, həm də Avropa üçün mühüm rol oynadığı, qitənin enerji təhlükəsizliyinə töhfə verdiyi vurğulanıb.

Komitə üzvləri çıxışlarında təmsil etdiyi ölkələrin qlobal böhranlara münasibətini, onların həlli istiqamətində etdiyi təklifləri, üçtərəfli əməkdaşlığın artırılmasının perspektivlərini və digər mövzuları bəyan ediblər, həmçinin bu cür görüşlərin Azərbaycan, Türkiyə, Gürcüstan rəsmiləri arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə kömək etdiyini bildiriblər.

İclasın gedişatında həm də yaranmaqda olan və yarana biləcək potensial qlobal və regional çağırışlara, ölkələrarası gərginliklərə münasibətdə Bakı-Tiblisi-Ankara əməkdaşlıq oxunun birgə cavab verməsi perspektivləri təklif edilib.

Bundan əlavə, insan və mineral resurslarının səmərəli istifadəsi, süni intellekt, texnoloji inkişaf, media və təhsil sahələrində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi barədə təkliflər irəli sürülüb.

Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin 11-ci üçtərəfli görüşünün Tbilisi də keçirilməsi razılaşdırılıb.

Oxşar xəbərlər