- 18:59
Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə bu gün saat 17:00-da Qasımallar kəndi ərazisində qeydə alınıb.
1953-cü il təvəllüdlü Gədəbəy sakini Fəxrəddin Məmmədovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub.
Hadisə nəticəsində VAZ-ın sürücüsü həyatını itirib, daha iki nəfər xəsarət alıb. Onların kimlikləri müəyyənləşdirilir.
Hadisə yerinə polis əməkdaşlarının cəlb olunduğu, araşdırma aparıldığı bildirilib.