"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu Xızıda keçiriləcək


  • 09:56

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 27 fevral saat 11:00-da Xızı rayonu, Heydər Əliyev Mərkəzində baş tutacaq.

Bu barədə e-huquq.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Görüş zamanı Xızı və Siyəzən rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Sumqayıt Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 95 31; (02331)5-04-53) müraciət edə bilərlər.

Oxşar xəbərlər