Oğuzda 40 ağacın kəsilməsinə görə cinayət işi başlanıldı


  • 19:01

Oğuzda 40 ağacın kəsilməsinə görə cinayət işi başlanıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan e-huquq.az-a verilən məlumata görə, Oğuz rayonunun Muxas kəndində yerləşən meşə massivində 40 ədəd müxtəlif növ ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 30 yaşlı Pərvin Salamov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər