- 11:48
Qəzalı vəziyyətdə olan tibb müəssisələri mərhələli şəkildə təmir ediləcək.
E-huquq.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Teymur Musayev məlumat verib.
Nazir bildirib ki, Səhiyyə Nazirliyi qəzalı vəziyyətdə və təmirə ehtiyacı olan bütün tibb müəssisələrini siyahıya alıb: "Ayrılan vəsait çərçivəsində həmin müəssisələr mərhələli şəkildə əsaslı təmir olunur və daha sonra aidiyyəti qurumlara təhvil verilir".
Şəbnəm Mehdizadə