Səhiyyə naziri bölgələrdə kadr çatışmazlığından danışdı


  • 10:44

Bölgələrdə kadr çatışmazlığı ilə bağlı işçi qrupu yaradılıb.

E-huquq.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev məlumat verib.

Nazir bildirib ki, xüsusilə bölgələrdə müşahidə olunan kadr çatışmazlığı ilə bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in iştirakı ilə birgə işçi qrupu yaradılıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı mütəmadi görüşlər keçirilir və kadr siyasəti ilə bağlı ciddi islahatlar aparılmalıdır: "Bu istiqamətdə müəyyən təkliflər hazırlanır və yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər