Nazirdən plastik cərrahlarla bağlı AÇIQLAMA


  • 10:46

Azərbaycanda plastik cərrahiyyə üzrə fəaliyyətinə icazə verilən həkimlərin sayı açıqlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev məlumat verib.

Nazir bildirib ki, plastik cərrahlarla bağlı vəziyyət nisbətən stabilləşib. Onun sözlərinə görə, hazırda ölkədə plastik və estetik əməliyyatlar aparmağa icazəsi olan 45 həkim fəaliyyət göstərir və onların siyahısı açıq şəkildə dərc olunub.

T.Musayev qeyd edib ki, rezidenturanı bitirən və xaricdə təhsil alaraq ölkəyə qayıdan mütəxəssislərin hesabına bu sayın ilbəil artacağı gözlənilir.

Nazirin sözlərinə görə, plastik, estetik və rekonstruktiv cərrahiyyə ixtisası üzrə iki mərkəz yaradılıb: "Bunlardan biri Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi nəzdində fəaliyyət göstərir və burada xüsusi şöbə təşkil olunub. Şöbənin tam kadr heyəti formalaşdırılıb və ən müasir avadanlıqlarla təchiz edilib. Digər tərəfdən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kliniki bazası olan Tibb və Rekonstruktiv Cərrahiyyə Klinikası əsaslı təmir olunub. Yaxın vaxtlarda klinikanın açılışı planlaşdırılır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər