Onkoloji xidmət üçün hansı özəl klinikalara lisenziya veriləcək? - Nazir açıqladı


  • 10:48

Özəl klinikalarda onkoloji xidmət üçün xüsusi tələblər müəyyənləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev məlumat verib.

Nazir bildirib ki, xərçəng xəstəliyinin özəl tibb müəssisələrində müalicəsinin təşkili səhiyyə sahəsində aparılan islahatların bir hissəsidir. Onun sözlərinə görə, özəl sektorda onkoloji xidmətlərin göstərilməsi üçün xüsusi qaydalar və tələblər hazırlanıb.

T.Musayevin sözlərinə görə, bu sahədə fəaliyyət göstərmək istəyən tibb müəssisələri müəyyən edilmiş ciddi meyarlara cavab verməlidir: "Yalnız ən yüksək tələblərə uyğun olan tibb müəssisələrinə müvafiq lisenziya veriləcək".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər