"Pandemiya ilə bağlı mübarizədə Azərbaycan dövləti bir sıra ilklərə imza atıb".
E-huquq.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, martın 2-də Azərbaycanın bütün ərazisində təhsil prosesi dayandırılıb: "Bu, pandemiyaya qarşı mübarizədə ən birinci qəbul edilən qərarlardan idi. Bu qərar qəbul edilən zaman dünyanın cəmi 12 ölkəsi oxşar qərarı qəbul edirdi. Daha sonra dünyanın 191 ölkəsi belə qərar verdi. Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir".
***
17:12
Məlumat verildiyi kimi, koronavirus pandemiyası (COVID-19) ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına, bir sıra sahələrdə fəaliyyətin bərpa olunmasına qərar verilib.
E-huquq.az xəbər verir ki, bununla əlaqədar Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir.
