- 12:59
"Əsas hədəfimiz ata-baba yurdlarımıza qayıtmaqdır".
E-huquq.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) rəhbəri Əziz Ələkbərli jurnalistlərə açıqlanmasında deyib.
O bildirib ki, bu bizim soydaşlarımızın tarixi haqqıdır və Qərbi azərbaycanlılar öz torpaqlarına dönəcək.
"Bu gün işğaldan azad olunmuş suveren ərazilərimizdə quruculuq işləri gedir. Xocalı bu gün abadlaşdırılır, Qarabağda ermənilərin yerlə-yeksan etdiyi kəndlərimiz bərpa olunur. Məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdırlar. Qərbi Azərbaycanda ata-baba mülklərimiz var və biz əminik ki, qaçqınlarımız öz torpaqlarına dönəcək", - deyə Ə.Ələkbərli vurğulayıb.
Şəbnəm Mehdizadə