Məzmuna keç

DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb –

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.

E-huquq.az xəbər verir ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər.

Abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.