- 20:28
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vətən müharibəsi qazisi Rəvan Əzizovla görüşüb və bununla bağlı paylaşım edib.
E-huquq.az paylaşımı təqdim edir:
Xatırladaq ki, Rəvan Qabil oğlu Əzizov 2002-ci iyunun 16-da Sumqayıt şəhərində doğulub. 2020-ci il iyul ayının 9-da Sumqayıt şəhər hərbi komisarlığından həqiqi xidmətə yola salınıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan müharibənin ilk günündən döyüşlərə qatılaraq qəhrəmancasına vuruşub. Oktyabrın 6-da Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanıb. Prezident İlham Əliyev döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə və cəbhədə göstərdiyi şücaətə görə Əzizov Rəvan Qabil oğlunu "Vətən uğrunda", "Cəsur döyüşcü" medalları ilə təltif edib.