Məzmuna keç

Pandemiya dövründə psixoloji yardım göstərilən şəxslərin sayı açıqlandı

"146-3 qaynar xətti" ilə istənilən şəxsə psixoloji xidmət göstərilməyə başlayıb və bu günə kimi 700 mindən artıq müraciət olunub.

E-huquq.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, həmin şəxslərə də lazımi köməklik göstərilib.

C.Bayramov qeyd edib ki, 1400 əlavə üz sipəri hazırlanaraq müəyyən hissəsi polis əməkdaşlarına paylanılıb və qalan hissəsi də aidiyyəti üzrə veriləcək.