- 26 Fevral 22:41
Bakının Sabunçu rayonu ərazisində naməlum şəxs yük avtomobilindən 1200 manat dəyərində iki ədəd akkumulyator oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Həsənov müəyyən edilərək saxlanılıb.
Həmin şəxs taladığı akkumulyatorları satıb.
Faktla bağlı araşdırma aparılır.