- 12:22
"Koçaryan və Sarkisyanın rəhbərlik etdiyi qüvvələr tərəfindən Xocalıda dinc sakinlərə qarşı ağır cinayətlər törədilib. Xocalı işğaldan azad olunsa da, soyqırımı cinayətini törədən şəxslər son nəfəsədək cəzalandırılmayınca qurbanların ruhu dinclik tapa bilməz".
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında səsləndirib.
Deputat deyib ki, Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdır
Q.Həsənquliyev qeyd edib ki, Azərbaycanın aidiyyəti dövlət qurumları bu istiqamətdə müvafiq addımlar atmalıdır. Deputatın sözlərinə görə, həmin revanşist qüvvələr yenidən Ermənistanda hakimiyyətə qayıtmağa çalışırlar və bu baş verərsə, Ermənistan üçün ağır nəticələr doğura bilər.
O, həmçinin sərhəd bölgəsində genişmiqyaslı hərbi təlimlərə başlanılmasının vacibliyini vurğulayıb və Azərbaycanın bu cinayətləri törədən şəxslərin cəzalandırılmasını qətiyyətlə tələb etməli olduğunu bildirib.
Şəbnəm Mehdizadə