- 12:53
"Azərbaycan xalqı sülh içində yaşamaq hüququnu qazanmaq üçün ciddi sınaqdan keçib".
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bugünkü plenar iclasında səsləndirib.
"Biz xalq olaraq 44 günlük müharibədə beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq qarşısında ləyaqətli imtahan verdik və sülh içərisində yaşamaq hüququ əldə etdik", - deyə o bildirib.
H.Məmmədov vurğulayıb ki, tarixi Zəfər Azərbaycan xalqını daha da birləşdirib: "Bu qələbə bizi bir daha vahid amal ətrafında topladı və əzmkar xalq olduğumuzu cənab Prezident İlham Əliyevin timsalında bir daha nümayiş etdirdi".
Şəbnəm Mehdizadə