- 13:10
"Azərbaycan dövləti var olduğu müddətdə Xocalı faciəsindən danışacaq. Bir gecədə kiçik şəhərdə 600-dən çox insanın öldürülməsi, 8 ailənin yox edilməsi düşmənin amansızlığını göstərir. Sarkisyan dinc əhalini öldürməklə fəxr edirdi. Onlar hesab edirdilər ki, bizi qorxudub torpaqlarımızı işğal edə biləcəklər. Lakin biz ədaləti bərpa etdik".
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bugünkü plenar iclasında səsləndirib.
O xatırladıb ki, Bakıda həmin hərbi cinayətkarların məhkəməsi keçirilib: "Məhkəmənin baş tutması üçün bizə təzyiqlər vardı, onların azad edilmələri tələb olunurdu. Lakin onlar layiqli cəzasını aldı və azadlıq görməyəcəklər".
"Ötən gün Prezident İlham Əliyevin Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında çıxşı Xocalıya ədalətin bir daha təsdiqi oldu", - deyə deputat əlavə edib.
Şəbnəm Mehdizadə