- 13:10
Azərbaycanda kino sahəsi üçün sponsorluq imkanları artırılmalıdır.
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Abbas parlamentin bugünkü plenar iclasında səsləndirib.
Deputat kino sənətinin mədəniyyətin inkişafında əhəmiyyətini vurğulayıb və ölkədə film istehsalının maliyyələşdirilməsində mövcud problemlərə diqqət çəkib: "Təəssüf ki, film çəkilişləri əsasən yalnız nazirliyin maliyyə dəstəyi ilə həyata keçirilir. Ölkədə kifayət qədər təşkilatlar mövcuddur, amma filmlərin sponsorluğu təmin olunmur".
"Ramiz Mehdiyevin evindən tapılan 17 milyon manat 10 tammetrajlı film üçün kifayət edərdi. Bu vəsaitlə yüksək səviyyəli filmlər hazırlamaq mümkündür", - deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə