- 11:42
Rusiyanın Baş naziri Mixail Mişustin Adam Xakimovun Rusiyanın Azərbaycandakı yeni ticarət nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.
E-huquq.az xəbər verir ki, bu sərəncam hüquqi aktların rəsmi portalında dərc edilib.
"Adam Salaudinoviç Xakimov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi təyin edilsin", - deyə sərəncamda qeyd olunub.
Rusiyanın Baş naziri başqa bir sərəncamla, xidmət müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq Ruslan Mirsayapovu vəzifəsindən azad edib.