İran XİN: ABŞ və İsrailin niyyətindən xəbərdar idik, heç bir bəhanə qalmasın deyə danışıqlara qoşulduq


  • 13:55

İran ABŞ və İsrailin niyyətindən xəbərdar olmasına baxmayaraq, öz haqlılığını sübut etmək və heç bir bəhanə qalmasın deyə danışıqlar prosesinə qoşuldu.

E-huquq.az xəbər verir ki, bu İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, İran ABŞ və İsrailin niyyətindən xəbərdar olmasına baxmayaraq, müzakirələrə qoşulub: “Məqsəd bu idi ki, beynəlxalq ictimaiyyət qarşısında İran xalqının haqlı mövqeyi sübut edilsin və heç bir bəhanə yeri qalmasın”.

Bəyanatda o da qeyd olunub ki, “İran xalqı heç vaxt xarici təcavüzə boyun əyməyib və bu dəfə də İranın cavabı həlledici olacaq” və qarşı tərəf öz əməllərinə görə peşman olacaq.

Oxşar xəbərlər