- 00:03
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bölgədə artan hərbi gərginliklə bağlı rəsmi sosial media hesabında paylaşım edib.
E-huquq.az xəbər verir ki, diplomat hərbi eskalasiyanın həm regional, həm də qlobal sabitlik üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
Səfir qeyd edib ki, yaranmış vəziyyətlə əlaqədar beynəlxalq aviareyslər istiqamətini dəyişməli olub:
"Bölgədəki hərbi gərginlik təhlükəsizlik və sabitliyə ciddi təhdid yaradır və bu, dərin narahatlıq doğurur. Hazırda Avrasiyanın mühüm qovşağı olan Azərbaycan üzərindən qlobal uçuşların istiqaməti yenidən tənzimlənir".