Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı


  • 15:40

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.

E-huquq.az Fonda istinadən xəbər verir ki, vətəndaşlardan müraciətlərin qəbuluna adi ipoteka kreditləri üzrə 05.03.2026-cı il tarixində saat 11:00-dan etibarən, güzəştli ipoteka kreditləri üzrə isə 06.03.2026-ci il tarixində saat 11:00-dan etibarən başlanılacaq.

Müraciətlərin qəbulu "Elektron ipoteka və kredit zəmanət" sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcək.

Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinə qədər elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.

İpoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin "Elektron hökumət" portalının və "mygov" platformasının müvafiq bölmələrində yerləşdirilib.

2025-ci ildə İKZF-nin xətti ilə 443 milyon manat kredit verilib. Bu, 2025-ci illə müqayisədə 0,7 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 2,8 % azalaraq 434,9 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 8,3 % artaraq 650 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8,9 % azalaraq 79,9 milyon manata düşüb.

Oxşar xəbərlər