Dövlət Məşğulluq Agentliyinin tenderi baş tutmadı


  • 17:29

Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsinin özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran vətəndaşlara təlimlərin keçirilməsi xidmətinin satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Qeyd edək ki, tenderin dəyəri 287.224,00 manat olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər