- 19:52
Sabah Sumqayıt şəhəri, Ceyranbatan MTN bağları adlanan ərazidə qaz təchizatında fasilə yaranacaq.
Bu barədə e-huquq.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, ərazidə diametri 89 mm olan yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəzlənməsi ilə əlaqədar olaraq saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Təmir işləri müddətində qeyd olunan ərazidə təxminən 1600 istehlakçının qaz təchizatında fasilə yaranacaq.