- 18:30
İrandan bir neçə ölkənin diplomatları Azərbaycana təxliyə edilib.
E-huquq.az xəbər verir ki, onlardan 20-si İspaniya (ailə üzvləri ilə birlikdə), 2-si Braziliya, 2-si Xorvatiya, 2-si də Çexiya diplomatlarıdır.
Eyni zamanda, 2 Tacikistan, 2 Pakistan, 2 İran vətəndaşı Azərbaycana təxliyə edilib.
***
18:16
İrandan Azərbaycana martın 4-də saat 16:00-dan 18:00-dək daha 12 nəfər təxliyə olunub.
E-huquq.az xəbər verir ki, 3-ü Azərbaycan, 3-ü Pakistan, 1-i iranəsilli İngiltərə vətəndaşı, 1-i Qazaxıstan, eləcə də 2 İsveç və 2 Çexiya səfirliyinin nümayəndəsi Astara Dövlət Sərhəd buraxılış məntəqəsindən təxliyə olunub