- 10:42
Sabah Qaradağ rayonu Lökbatan qəsəbəsinin bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, yeni çəkilmiş şəbəkə xəttinin birləşmələrinin verilməsi məqsədilə martın 6-da, saat 00:00-dan aparılacaq tikinti-bərpa işləri ilə bağlı qəsəbənin bəzi ərazilərinə gün ərzində suyun verilməsində məhdudiyyət olacaq.
Xidmət anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığını bildirir.