- 12:11
Türkiyənin İstanbul şəhərində iş adamlarını təhdid edərək silahlı hücumlar törətməkdə şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.
E-huquq.az-ın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, şəhərin müxtəlif rayonlarında fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupun üzvlərinin iş adamlarını təhdid etdiyi və bəzi iş yerlərinə atəş açdığı müəyyən edilib.
Araşdırmalar zamanı hücumların Bağcılar, Kartal, Bakırköy və Arnavutköy rayonlarında baş verdiyi bildirilib.
İstintaq tədbirlərindən sonra polis qrupları müəyyən edilən ünvanlarda eyni vaxtda əməliyyat keçirərək 10 nəfəri saxlayıb.
Hazırda şübhəlilərlə bağlı istintaq davam edir.
Şəbnəm Mehdizadə