Nazir: "Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsi üçün işlər gedir"


  • 14:23

Yaxın Şərqdə baş verən proseslər fonunda müxtəlif ölkələrdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsi üçün işlər gedir.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, səfirlik və konsulluqlara olan müraciətlərin sayı 1000 civarındadır: “Əsas 5 ölkə - BƏƏ, Səudiyyə, Qətər, Bəhreyn və Küveytdə 1000-ə yaxın vətəndaşımızdan müraciətlər almışıq”.

Oxşar xəbərlər