- 18:37
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub.
E-huquq.az xəbər verir ki, saat 16:00-18:00 aralığında təxliyə olunanların 3-ü Azəraycan vətəndaşıdır.
İki saat ərzində Çinin 65, Belarusun 3, Pakistanın 3, Rusiyanın 2, Almaniyanın isə 1 vətəndaşı təxliyə edilib.
Saat 16:00-18:00 aralığında təxliyə olunanlardan 7-si Meksikanın diplomatları olub.
Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
***
14:11
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə prosesi davam etdirilir.
E-huquq.az xəbər verir ki, saat 09:00-dan 13:00-dək ümumilikdə 5 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub.
Təxliyə olunanlar arasında 1 Pakistan, 1 Böyük Britaniya, 1 Almaniya və 2 Azərbaycan vətəndaşı var. Onlar “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olublar.