- 16:45
Azərbaycan Müdafiə Nazirliyi (MN) Türkiyə ərazisinə qarşı həyata keçirilən və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pislədiyini bəyan edib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanata qeyd olunub.
Bildirilib ki, bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir:
"Biz qardaş Türkiyə ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.
Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır", - deyə MN-in bəyanatında vurğulanıb.
Qeyd edək ki, İrandan atılaraq Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.