Baş nazir 22 qərarı ləğv etdi


  • 15:59

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 mart və 9 mart tarixli qərarlarına əsasən 2006-2007-ci illərdə imzalanmış 12 qərarda dəyişiklik edilib, 22 qərar isə ləğv olunub.

E-huquq.az xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikasında aparılan institusional və hüquqi islahatlar çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, təkrarlanan və aktuallığını itirmiş hüquqi aktların sistemləşdirilməsi məqsədini daşıyır.

Aşağıda qeyd olunan linkə daxil olaraq müvafiq qərarlarla tanış ola bilərsiniz.

https://nnk.gov.az/storage/postImage/8_10-03-2026_09-43-30.pdf

https://nnk.gov.az/storage/postImage/12_10-03-2026_09-17-15.pdf

Qeyd edək ki, bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Cabbar Musayevin Naxçıvan MR-in Baş naziri təyin edilməsi ilə bağlı qərar qəbul edib.

Oxşar xəbərlər