Bəzi ərazilərdə iki saat işıq olmayacaq


  • 08:08

Bu gün Cəlilabad və Biləsuvar rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə e-huquq.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 110 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 12:00-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad, Biləsuvarın Amankənd, Muğan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər