- 13:53
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki müharibəyə diqqət çəkərək xəbərdarlıq edib.
E-huquq.az xəbər verir ki, partiyasının qrup toplantısında çıxış edən Ərdoğanın sözlərinə görə, “Türkiyəyə əl uzadanın əli, dil uzadanın dili yanar”.
O bildirib ki, Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur.
Ərdoğan qeyd edib ki, bununla belə, əgər kimsə Türkiyə torpaqlarına göz dikib, macəra axtararsa, tərəddüd etmədən onlara meydan oxuyacaqlar.